Medianews.az
Azərbaycanda çox varlandım, amma hamısını xərclədim -
327 baxış

Azərbaycanda çox varlandım, amma hamısını xərclədim - Braziliyalı futbolçu

"Milyonçu olmadım, amma varlandım. Zəngin oldum". "Yeni Sabah" GE-yə istinadla xəbər verir ki, bunu "Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi deyib.

Bertuççi Azərbaycanda ayda 30 min dollar maaş aldığını vurğulayıb: "Pul yığmaq, biznes qurmaq və karyeramdan sonrakı dönəm haqqında düşünmək üçün maliyyə biliyim yox idi. Sadəcə hər şeyi xərclədim. Hamısını mülklərə xərclədim. Birini alıb irəliləmək əvəzinə, birdən-birə bir dəstə almaq istədim. Hər şeyim var idi, amma  əslində heç bir şeyim yox idi. Çünki heç bir nəticə vermədim.

Burada, Braziliyada bir neçə maşınım var idi. Xaricdə yaşayırdım və istifadə etmədiyim maşınlar üçün pul ödəyirdim. Enerjini gecə klublarında istifadə edirdim. Gecə həyatı məni təhlükəyə atırdı".

2012-2014-cü illərdə “Neftçi”də çıxış edən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib. "Neftçi"dən getdikdən sonra dopinq testi müsbət çıxdığına görə 2 illik futboldan uzaqlaşdırılan Bertuççi 2019-cu ildə - 29 yaşında karyerasını başa vurub.

Bizə qoşulun