Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.
Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.
Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.