Medianews.az
Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulur
147 baxış

Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulur

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı göndərdiyi dəvəti qəbul edib.

Medianews.az xəbər verir ki, yanvarın 21-də Azərbaycanın Xarici İşlər Nazirliyi bu haqda açıqlama yayıb.

Açıqlamada deyilir:

“ABŞ Prezidenti Donald Tramp 16 yanvar tarixində Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib.  

Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.  

Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”.

Medianews.az 

Bizə qoşulun