Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Qəzza üçün Sülh Şurası təşəbbüsü irəli sürüb və şuraya qoşulmaları üçün bir sıra ölkələrin rəhbərlərinə rəsmi dəvət göndərib.
Medianews.az bildirir ki, yanvarın 20-də “Bloomberg” agentliyi Trampdan dəvət almış ölkələrin siyahısını dərc edib. Agentlik siyahının natamam olduğunu, adını dəqiqləşdirə bilmədiyi bir neçə ölkənin bu siyahıya salınmadığını da qeyd edib.
- Almaniya
- Albaniya
- Argentina
- Avropa Komissiyası
- Avstraliya
- Avstriya
- Bəhreyn
- Belarus
- Birləşmiş Ərəb Əmirlikləri
- Böyük Britaniya
- Braziliya
- Çin
- Cənubi Koreya
- Finlandiya
- Fransa
- Hindistan
- İndoneziya
- İordaniya
- İrlandiya
- İspaniya
- İsrail
- İsveç
- İsveçrə
- İtaliya
- Kanada
- Kipr
- Macarıstan
- Misir
- Mərakeş
- Niderland
- Norveç
- Oman
- Pakistan
- Paraqvay
- Polşa
- Portuqaliya
- Qazaxıstan
- Qətər
- Rumıniya
- Rusiya
- Səudiyyə Ərəbistanı
- Sinqapur
- Sloveniya
- Tailand
- Türkiyə
- Ukrayna
- Vyetnam
- Yaponiya
- Yeni Zelandiya
- Yunanıstan
- Özbəkistan.
Medianews.az xatırladır ki, bəzi ekspertlər Qəzza üçün Sülh Şurasının əslində Birləşmiş Millətlər Təşkilatının (BMT) alternativi olduğunu deyir, bunu “Trampın BMT-si” kimi xarakterizə edirlər. Onların fikrincə, plan həyata keçsə, yeni şura BMT-ni kənara sıxışdıra bilər.
Sülh Şurasının nizamnamə layihəsinə görə, şuraya ömürlük sədrliyi Donald Tramp edəcək. Şura fəaliyyətinə Qəzza münaqişəsinin müzakirəsi ilə başlayacaq, daha sonra digər münaqişələrin müzakirəsinə keçəcək.
Üzv dövlətlərin mandatı 3 illə məhdudlaşacaq. Lakin şuranın fəaliyyətini maliyyələşdirmək üçün hər biri 1 milyard dollar ödəyən ölkələr daimi üzvlük qazana biləcək. Ağ ev “X” sosial şəbəkəsində yaydığı açıqlamada bunu, yəni daimi üzvlüyü “sülhə, təhlükəsizliyə və rifaha dərin sadiqlik nümayiş etdirən tərəfdaş ölkələrə” yaradılan məxsusi imkan kimi dəyərləndirib.
Nizamnamə layihəsində vurğulanır ki, “dayanıqlı sülh praqmatik düşüncə, sağlam məntiqə əsaslanan həll yolları və dəfələrlə uğursuz olmuş yanaşma və institutlardan uzaqlaşmaq qətiyyəti tələb edir”. Eyni zamanda “daha çevik və effektiv beynəlxalq sülhyaratma qurumuna ehtiyac olduğu” qeyd olunur.