Medianews.az
Azərbaycan millisinin uğur qazana bilməyən baş məşqçisi yola salındı
62 baxış

Azərbaycan millisinin uğur qazana bilməyən baş məşqçisi yola salındı

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revva ilə yollar ayrılıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, buna komandanın uğursuz nəticələri səbəb olub.

Yığma son olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Aleksandr Revva 2023-cü ilin oktyabr ayından Azərbaycan yığmasına rəhbərlik edirdi. Mütəxəssis, həmçinin qadın həndbolçulardan ibarət “Azəryol” komandasından da istefaya göndərilib.

Bizə qoşulun