Medianews.az
"Azərbaycan mediası WUF13-də peşəkarlığını bir daha nümayiş etdirdi" -
90 baxış

"Azərbaycan mediası WUF13-də peşəkarlığını bir daha nümayiş etdirdi" - Natiq Məmmədli

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 çərçivəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Medianews.az xəbər verir ki, bunu MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, forum müddətində ən fəal və dinamik müzakirələrin aparıldığı əsas məkanlardan biri newsroomlar olub. Natiq Məmmədlinin sözlərinə görə, Azərbaycan mediası COP29 zamanı nümayiş etdirdiyi peşəkar fəaliyyəti WUF13-də də uğurla davam etdirib:

“İstər yerli, istərsə də beynəlxalq auditoriyaya forumla bağlı mühüm mesajların çatdırılmasında Azərbaycan mediası etibarlı informasiya mənbəyi kimi çıxış etdi”.

MEDİA rəsmisi vurğulayıb ki, Azərbaycan mediası son illərdə beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində ciddi və unikal təcrübə qazanıb. O hesab edir ki, bu təcrübə gələcəkdə jurnalistlərin peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.

Natiq Məmmədli newsroomlarda müşahidə olunan intensiv fəaliyyəti xüsusi qeyd edərək, jurnalistlərə təşəkkürünü bildirib:

“Azərbaycan mediası COP29-da olduğu kimi, WUF13 çərçivəsində də üzərinə düşən peşəkar missiyanı yüksək səviyyədə yerinə yetirdi”.


Müşfiqə Bayramov
Medianews.az




Bizə qoşulun