Medianews.az
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
138 baxış

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Medianews.az Oxu.Az-a istinadla verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndəriləcək.

Qatar Gürcüstandan keçərək Ermənistana yol alacaq.

Xatırladaq ki, fevralın 4-də ölkəmizdən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan səkkiz vaqondan ibarət yük qatarı yola salınıb.

Bizə qoşulun