Bu gün 2 illik həbs cəzasını başa vuraraq azadlığa çıxan “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun evə dönüşünü əks etdirən videonu Medianews.az-ın oxucularının diqqətinə çatdırırıq.
Xatırladaq ki, Əziz Orucov 2023-cü noyabrın 27-də tutulmuş, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, torpaq sahəsi üzərində özbaşına tikinti aparmaqda və qaçaqmalçılıqda təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum olunmuşdu.
Əziz Orucov 2025-ci il noyabrın 27-də Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.