"ABŞ-nin ən yeni "F-47" qırıcısının yaradılması üzrə iş artıq başlayıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Yeni Nəsil Hava Üstünlüyü" (NGAD) proqramı çərçivəsində hazırlanan altıncı nəsil "F-47" qırıcısının ilk uçuş sınaqları 2028-ci ilə planlaşdırılıb.
Layihənin detalları gizli saxlanılır. Yalnız o bilinir ki, "F-47" 1 600 kilometrdən artıq uçuş mənzilinə, təxminən 2 248 km/saat sürətə və qabaqcıl görünməzlik texnologiyalarına malik olacaq.
Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələri ən azı 185 belə təyyarə almağı planlaşdırır, bir qırıcının dəyəri 300 milyon dollardan çox qiymətləndirilir.