“Yer adlarından ideoloji cəhətdən dəyişdirilməsi çar dövründən qalıb”.
Bunu deputat Aydın Mirzəzadə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Məsələn, Gəncə kimi minillik şəhərin adını Yelizavetpol qoymuşdular. Bundan başqa, Kirov, Orcenikidze, Jdanov kimi adlar vaxtilə işlədilirdi. Jdanov ömrü boyu Azərbaycanda olmamışdı. Bunu ona görə edirdilər ki, xalq öz tarixini unutsun”, - o deyib.
”Bir müddət əvvəl cavan oğlanın telefon danışığının şahidi oldum. O, öz nömrəsini deyəndə bildirdi ki, “nol” yox, “sıfır əlli”... Az qaldım oğlanı saxlayım, əlini sıxıb təşəkkür edim ki, sən “nol” yox, “sıfır” dedin”, - deputat bildirib./“Qafqazinfo”