Medianews.az
Ayağını düyü qazanına salıb yatan sərxoş gözətçi işdən qovuldu -
56 baxış

Ayağını düyü qazanına salıb yatan sərxoş gözətçi işdən qovuldu - VİDEO

Hindistanın Telangana əyalətinin Sanqareddi rayonunda yerləşən Hökumət Politexnik Kollecinin (SC/ST) oğlanlar üçün nəzərədə tutulan yataqxanasında qalmaqallı hadisə baş verib.

Medianews.az xəbər verir ki, yataqxananın gözətçisi vəzifə başında olarkən sərxoş vəziyyətdə yuxuya gedib və o, ayağını böyük bir düyü qazanına batırılmış halda tapılıb.

Hadisə noyabr ayının 12-də baş verib və tələbələr tərəfindən çəkilən görüntülər qısa müddətdə sosial mediada yayılaraq geniş reaksiyaya səbəb olub. Tələbələr bunun ciddi gigiyena pozuntusu olduğunu bildirərək vəziyyəti rəhbərliyə çatdırıblar.

Sanqareddi  rayon qubernatoru hadisə ilə bağlı dərhal araşdırma aparılması barədə göstəriş verib. Araşdırma başa çatdıqdan sonra həmin gözətçinin vəzifəsindən azad olunması rəsmi şəkildə elan edib.

Medianews.az

Bizə qoşulun