Medianews.az
“Avroviziya 2026”nın tərkibi bəlli oldu
139 baxış

“Avroviziya 2026”nın tərkibi bəlli oldu

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyi “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək 35 ölkənin siyahısını açıqlayıb: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Medianews.az bildirir ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

1956-cı ildən keçirilən “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Medianews.az

Bizə qoşulun