Medianews.az
Avropaya səyahət edən azərbaycanlıların nəzərinə -
59 baxış

Avropaya səyahət edən azərbaycanlıların nəzərinə - Qaydalar sərtləşdirildi

Şengen zonasına vizasız daxil olma hüququ olan ölkələrin vətəndaşları sərhədi keçməzdən əvvəl bu sistem vasitəsilə onlayn qeydiyyatı tamamlamalı olacaqlar. 

Resorting.az xəbər verir ki, qeydiyyat prosesi zamanı səyahətçilər rəsmi internet portalı və ya mobil tətbiq vasitəsilə daxil olaraq şəxsi məlumatlarını və təhlükəsizliklə bağlı verilən sualları cavablandıracaqlar. 

Müraciət rüsumu 2025-ci ildə qəbul edilmiş son qərara əsasən, 20 avro təşkil edəcək. 18 yaşdan kiçik və 70 yaşdan yuxarı şəxslər isə rüsumdan azad olacaq. Alınan icazə 3 il və ya pasportun müddəti bitənə qədər qüvvədə qalacaq.

Qeyd edək ki,  ETIAS yalnız Şengen zonasına viza almadan gedə bilən ölkələrin vətəndaşları üçündür. Azərbaycan vətəndaşları üçün Şengen zonasına giriş üçün viza tələb edilir. Bu səbəbdən də yenilik Azərbaycan vətəndaşlarına şamil edilməyəcək.

Azərbaycan vətəndaşları üçün digər bir sistem — EES (Giriş/Çıxış Sistemi) artıq aktivdir. Belə ki, 2025-ci ilin oktyabrından tətbiqinə başlanılan bu sistem pasportlara möhür vurulmasını ləğv edir və bunun əvəzinə sərhəddə barmaq izi və üz tanıma kimi biometrik məlumatları qeydə alır.

Aİ rəsmilərinin son açıqlamasına görə, EES sisteminin tam tətbiqi 2026-cı ilin aprel ayında başa çatacaq. Bundan bir neçə ay sonra, yəni 2026-cı ilin son rübündə (oktyabr-noyabr) ETIAS rəsmən məcburi olacaq. İlk 6 ay ərzində səyahətçilərə sistemə alışmaq üçün "keçid dövrü" veriləcək.



Bizə qoşulun