Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 30 xalla liderdir. “Mançester Siti” 25, “Çelsi” və “Aston Villa” 24, “Brayton” və “Sanderlend” 22, “Mançester Yunayted” və “Liverpul” 21 xal əldə edib.
İspaniya çempionatında “Barselona” önə çıxıb: 34 xal. “Real” 33, “Vilyarreal” 32, “Atletiko” 31, “Betis” və “Espanyol” 24 xal götürüb.
İtaliya çempionatında “Milan” və “Napoli” 28, “İnter” və “Roma” 27, “Bolonya” və “Komo” 24, “Yuventus” 23 xal yığıb.
Almaniya çempionatında “Bavariya” 34, “Leypsiq” 26, “Borussiya” (Dortmund) 25, “Bayer” və “Hoffenhaym” 23, “Ştutqart” 22, “Ayntraxt” (Frankfurt) 21 xal qazanıb.
Fransa çempionatında “Lans” 31, PSJ 30, “Marsel” 29, “Lill” 26, “Renn” və “Lion” 24, “Monako” 23, “Strasburq” 22 xal toplayıb.
Toğrul Əli,
Medianews.az