Avropa İttifaqı ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində mümkün iştirakla bağlı danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib.
"Aİ-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir. ABŞ-ın iştirakı xüsusilə vacibdir, çünki layihə dəmir yolunun yalnız bir hissəsini əhatə edir", - o qeyd edib.