Medianews.az
Attraksion xarab oldu -
69 baxış

Attraksion xarab oldu - İnsanlar havada asılı qaldılar  – VİDEO

Braziliyada Balneariu-Camboriudakı "Super Gyro Tower" attraksionu xarab olub və onlarla turist havada asılı vəziyyətdə qalıblar.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, attraksion 30 yanvar günortadan sonra fəaliyyətini dayandırıb. 

Həmin vaxt göyərtədə turistlər də daxil olmaqla 40 nəfər var idi və onlar yerdən 60 metr hündürlükdə asılı qalmışdırlar.

Görüntülərdə xilasedicilər artıq zərərçəkənlərə çatıblar. Onların təxliyə üçün iplər və qoruyucu vasitələr bağladıqları görünür. Səyahətçilər və yerli sakinlər ipdən istifadə edərək bir-bir aşağı enməyə məcbur olublar. Hadisəyə elektrik kəsilməsi və nəticədə gəzintini dayandıran avtomatik mexanizmin işə düşməsi səbəb olduğu bildirilir.

Medianews.az

Bizə qoşulun