Aref Qafuri saxlanılıb.
Milli.Az xəbər verir ki, Türkiyədə aparılan geniş istintaq çərçivəsində "Avrupa Yatırım Holding A.Ş." şirkətinin səhmləri ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxslər arasında məşhur iş adamı Aref Qafuri də var.
İstintaq İstanbul, Antalya, Samsun, Ankara və Kahramanmaraş şəhərlərində aparılıb və ümumilikdə 25 nəfərlik şübhəli qrup müəyyən edilib.
Onlar səhmlərin alqı-satqısında bazar saxtakarlığı etməkdə ittiham olunurlar. Saxlanılanlar arasında Türkiyənin sabiq futbolçusu Gökhan Gönül də var.
İlkin məlumatlara görə, aparılan araşdırmalar "cinayət törətmək üçün təşkilat yaratmaq" və "bazarda manipulyasiya" maddələri üzrə davam edir.