Medianews.az
Aparıcıdan “Bakı Metropoliteni”nə işə düzəlməsinə dair
273 baxış

Aparıcıdan “Bakı Metropoliteni”nə işə düzəlməsinə dair AÇIQLAMA

“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu”.

Musavat.com xəbər verir ki, bunu teleaparıcı Nərmin Salmanova “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi təyin olunması ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, razılıq əldə olunsa da, sonra əməkdaşlıq baş tutmayıb:

“Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, -deyə aparıcı bildirib.

Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarların aparılması ilə bağlı məlumatlar yayılıb. “Bakı Metropoliteni” QSC bunu təkzib edibvə bildirib ki, mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bizə qoşulun