Medianews.az
Anar Ələkbərov Ramiz Rövşəni evində təbrik edib -
576 baxış

Anar Ələkbərov Ramiz Rövşəni evində təbrik edib - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub, onu doğum günü münasibətilə təbrik edib. 

Medianews.az xəbər verir ki, bununla bağlı Anar Ələkbərov "İnstagram" hesabında paylaşım edib: 

"Dəyərli Xalq yazıçımız Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. 

Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. 

Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram".

Bizə qoşulun