Medianews.az
Ana və oğul Qış Olimpiya Oyunlarında
114 baxış

Ana və oğul Qış Olimpiya Oyunlarında tarixə düşdülər

47 yaşlı meksikalı xizəkçi Sara Şleper Qış Olimpiya Oyunlarının dağ xizəkçiliyi üzrə ən yaşlı idmançısı olub və eyni oyunlarda yarışan ilk ana-oğul dueti kimi tarixə düşüb.

Lent.az-ın məlumatına görə, Olimpiya tarixində ilk dəfə olaraq ana və oğul eyni oyunlarda yarışırlar. Meksikanı İtaliyada təmsil edən meksikalı qadın xizəkçi Sara Şleper dünən dağ xizəkçiliyi yarışında iştirak edib.

Şleper qadınlar arasında dağ xizəyi yarışında 1:31.37 saniyə ilə qalibdən 7.96 saniyə geri qalaraq 26-cı yeri tutub. İtaliyalı Federika Brinyone 1:23.41 saniyə ilə qızıl medal qazanıb. Fransız Romane Miradole 1:23.82 saniyə ilə ikinci, avstriyalı Korneliya Huetter isə 1:23.93 saniyə ilə üçüncü olub.

Kış Olimpiyatlarında ana-oğul tarihe geçtiler

Sara Şleper oğlu ilə birlikdə Milano-Kortinada yarışmaqla tarix yazmaqla yanaşı, daha üç rekord da qırıb. Şleper tarixdə dağ xizəyi üzrə yeddi Qış Olimpiya Oyunlarında iştirak edən ilk idmançı olub. O, həmçinin Meksika bayrağı uğrunda dördüncü dəfə yarışan ilk meksikalı idmançıdır.

47 yaşlı Sara Şleper, 45 yaşında dağ xizəyi yarışlarında iştirak edən kanadalı Edvina Çamieri məğlub edərək Qış Olimpiya Oyunlarında iştirak edən ən yaşlı xizəkçi olub. Şleperin oğlu Lasse Qaxiola sabah nəhəng slalom yarışında debüt edəcək.

Bizə qoşulun