Bakıda fəaliyyət göstərən "Dr.Elnara" MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində verilən kassasiya şikayətinə baxılıb.
Medianews.az "Teleqraf"a istinadən xəbər verir ki, Ali Məhkəmənin Mülki kollegiyasında hakim Rəşad Həsənov sədrliyi ilə qərar elan edilib.
Bakı Apellyasiya Məhkəməsinin 14 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfi kassasiya şikayəti verib, barəsində olan qətnamənin ləğv olunmasını istəyib.
Qərara əsasən, Rzayevanın şikayəti təmin olunmayıb. İddiaçılar Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfətə dəymiş mənəvi zərərə görə 500 manat pul cavabdeh Elnarə Ramiz qızı Rzayevadan tutulmalıdır.
Həmçinin Elnarə Rzayevaya iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına təhqiramiz söz və ifadələr işlətmək, onların barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymaq qadağan olunub.
Qeyd edək ki, bir müddət əvvəl Bakı və Sumqayıtda "LBC" estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayeva qızı ilə bağlı apelyasiya şikayəti veriblər. Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə, iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub.
Mənəvi zərərə görə 500 manat pulun Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.