“Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir”.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır.”Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir”.
Qeyd edək ki, bu gün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb./Teleqraf/