Medianews.az
Prezident iki ölkəyə səfir
55 baxış

Prezident iki ölkəyə səfir təyin etdi

Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Medianews.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

C.Hüseynov bu təyinata qədər Azərbaycanın Dubay şəhərində baş konsulu vəzifəsini tutub.

***

Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bizə qoşulun