Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağında şəkli çəkilənlərdən biri də AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru və Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin məsul katibi Tofiq Nağıyevdir.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin mətbuat katibliyi Modern.az-a açıqlama verib.
AMEA-nın vitse-prezidenti Tofiq Nağıyevin iclasda mürgüləmədiyini qeyd edən mərkəzin əməkdaşı direktorun aşağıya baxdığını bildirib: "Tofiq müəllim yerə, əlindəki kağıza baxırdı. Hamı gözün bərəldib tədbirdə oturub? İclasda gəlib kim 4 saat otura bilir? Bir də görürsən, bir adam saat yarım danışır. Maraqlısı olur, maraqsızı olur. İndi o şəkilləri müzakirə edənlər orada oturanların yazdığı 600 səhifəlik kitabı gəlib oxusunlar. Alimləri gedib elm və təhsil naziri Emin Əmrullayevdən soruşsunlar. Onların hər biri müəyyən sahələrdə ixtisaslaşıblar. O səviyyəyə çatmaq çətindir", - açıqlamada bildirilib.