Medianews.az
Rasim Musabəyova “Şərəf” ordeni
55 baxış

Rasim Musabəyova “Şərəf” ordeni təqdim edildi

Milli Məclisin deputatı Rasim Nəsrəddin oğlu Musabəyova “Şərəf” ordeni təqdim edilib.

Medianews.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, paylaşımında “Təşəkkür edirəm cənab Prezident” sözlərini yazıb.

Qeyd edək ki, 2025-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rasim Musabəyovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, R.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ali mükafata layiq görülüb.

Medianews.az

Bizə qoşulun