“İstənilən miqdarda spirtli içki orqanizm üçün zərərlidir”.
Medianews.az xəbər verir ki, bunu səhiyyə üzrə ekspert Aleksey Reşetun deyib.
O bildirib ki, istənilən miqdarda spirtli içki bədənə həm mikro, həm də makro səviyyələrdə bu və ya digər şəkildə zərər verir.
Onun sözlərinə görə, insan onları görməsə belə, bədən üçün mənfi nəticələr yaranır.
Mütəxəssis həmçinin əlavə edib ki, bir çoxlarının sağlam hesab etdiyi qırmızı şərab sağlamlığa da zərərlidir. Reşetun izah edib ki, bu içkinin tərkibindəki faydalı maddələr etil spirtinin zərərli təsirləri ilə tamamilə aradan qaldırılır.
Medianews.az