Medianews.az
Alina Boz serialdan çıxarıldı –
61 baxış

Alina Boz serialdan çıxarıldı – xəbəri təyyarədə öyrəndi

İtaliyanın məşhur “Doc” serialının Türkiyə versiyası hələ efirə çıxmamış qalmaqalla gündəmə gəlib.

Medianews.az xəbər verir ki, baş rola çəkilmək üçün razılaşdırılan aktrisa Alina Boz layihədən gözlənilmədən uzaqlaşdırılıb.

Aktrisa qərarı əri ilə birlikdə uçuş zamanı yayılan xəbərlərdən öyrənib. Məhkəməyə şikayət edəcəyi deyilir. 

A.Boz daha əvvəl müqavilə imzalayıb. O hətta stol arxası məşqdə iştirak edib və layihədə olduğunu solsial mediada paylaşaraq eləan etmişdi. Lakin Mevsim obrazı üçün seçilən aktrisa qəfil heyətdən çıxarılıb.

Kulis məlumatlarına görə, A.Bozun yerinə “Kızılcık Şerbeti”ndən ayrılan Sıla Türkoğlunun gətiriləcəyi iddia olunur. “Doc” serialının rejissor Ketçe (Hakan Kırkavaç) olacaq. H. Kırkavaç “Kızılcık Şerbeti”nin də ilk rejissoru olub. Onun Mevsim rolu üçün Sıla Türkoğlunu istədiyi deyilir.

Medianews.az

 

Bizə qoşulun