Medianews.az
Alimlər xəbərdarlıq edir:
24 baxış

Alimlər xəbərdarlıq edir: Əsl təhlükə “sakit” vulkanlardan gələ bilər

Dünya üzrə aparılan araşdırmalar göstərir ki, böyük volkanik fəlakətlərin növbəti dəfə məşhur və yaxından izlənən yanardağlardan gəlməsi ehtimalı azdır. Ən böyük təhlükə isə əsrlərlə fəaliyyətsiz qalan, demək olar ki, izlənməyən “sakit” vulkanlardan qaynaqlana bilər. Bu səbəbdən alimlər diqqətin daha çox bu riskli bölgələrə yönəldilməsinin vacibliyini vurğulayır.

Medianews.az xəbər verir ki, mütəxəssislər bildirir ki, xüsusilə Sakit okean hövzəsi, Cənubi Amerika və İndoneziya kimi bölgələrdə patlama tarixi qeydə alınmayan vulkanlarda hər 7–10 ildən bir ciddi fəaliyyət müşahidə olunur. Bu da riskin göründüyündən xeyli böyük olduğunu göstərir.

12 min ildən sonra ilk patlama – Etiyopiyadakı Hayli Qubbi
2025-ci ilin noyabrında Etiyopiyanın Hayli Qubbi vulkanı minilliklərdən sonra aktivləşib. Kül buludları 13 km yüksəklikdə yayılıb. Nəticədə kül yağışı Yəmənə və Hindistanın şimal hava məkanına qədər çatıb. Alimlər bunu “sakit” vulkanların qəfil və genişmiqyaslı dağıdıcı gücünə nümunə kimi qiymətləndirir.

1982-ci il El Çiçon faciəsi
Meksikanın El Çiçon vulkanı da yüz illər susqun qaldıqdan sonra 1982-ci ildə qəfil püskürmüş, minlərlə insanın ölümünə və on minlərlə şəxsin evsiz qalmasına səbəb olmuşdu. Atmosferə yayılan kül və sülfat hissəcikləri qlobal iqlimə təsir edərək Şərqi Afrikada ağır humanitar böhran yaratmışdı.

İzlənməyən vulkanlar – qlobal risk
Hazırda dünyadakı aktiv vulkanların yarısından azı mütəmadi monitorinq olunur. Endoneziya, Filippin və Vanuatu kimi sıx məskunlaşmış zonalarda onlarla vulkan barədə araşdırmalar çox məhduddur. Halbuki güclü püskürmələr qlobal temperaturu aşağı sala, musonları dəyişdirə və qitələrarası kənd təsərrüfatı itkilərinə səbəb ola bilər.

Riskləri azaltmaq üçün alimlər “Qlobal Vulkan Risk İttifaqı” yaradıb. Məqsəd — yüksək riskli ərazilərdə müşahidə sistemlərini gücləndirmək və icmaları mümkün püskürmələrə əvvəlcədən hazırlamaqdır.

Mütəxəssislərin fikrincə, Latin Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Sakit okean bölgəsindəki az tanınan vulkanlar planetin ən böyük “gizli təhlükə” zonalarını təşkil edir. Vaxtında görüləcək tədbirlər potensial qlobal fəlakətin qarşısını ala bilər.

Medianews.az

 

 

Bizə qoşulun