Medianews.az
Aİ-95 markalı benzin ilə bağlı
37 baxış

Aİ-95 markalı benzin ilə bağlı MÜHÜM XƏBƏR

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 89 milyon 731 min ABŞ dolları dəyərində 105 min 308.9 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.

Medianews.az APA-Economics-ə istinadla xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin hesabatıbda əks olunub.

Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 88.8% və ya 49.5 min ton, dəyər ifadəsində isə 66.9% və ya 36.9 milyon ABŞ dolları artıb.

Hesabat dövründə ölkəyə Aİ-95 markalı avtomobil benzini Rusiyadan ( 69.4 min ton), Belarusdan ( 12 min ton), Rumıniyadan ( 11.7 min ton), Birləşmiş Ərəb Əmirliklərindən ( 9.3 min ton), Gürcüstandan ( 1.5 min ton) və Bolqarıstandan (1.4 ton) idxal edilib.

Eyni zamanda, bu dövrdə ölkəyə 2 milyon 178 min ABŞ dolları dəyərində 1777 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,081 milyon ton avtomobil benzini istehsal edilib.

Bizə qoşulun