Medianews.az
Adı yenidən cinsi zorakılıqda hallanır
56 baxış

Adı yenidən cinsi zorakılıqda hallanır

ABŞ-nin Los-Anceles Dairə Şerif İdarəsi məşhur repçi Şon Kombsa (P. Diddy) qarşı irəli sürülən yeni seksual zorakılıq ittihamları ilə bağlı araşdırmaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Nəşrin məlumatına görə, Florida ştatının Larqo şəhər polisi sentyabr ayında bir şəxsdən müraciət alıb. Həmin şəxs 2020-ci ildə repçinin onun barəsində seksual zorakılıq törətdiyini iddia edib. Zərərçəkmişin adı açıqlanmır, lakin o, P. Diddy ilə tanışlığını sübut edən foto və videoları istintaqa təqdim edib.

Repçinin vəkili Conatan Devis isə iddiaları əsassız adlandırıb və onları rədd edib.

Qeyd edək ki, P. Diddy bu ilin oktyabrında cinsi istismar və fahişəliyə cəlbetmə ittihamı ilə 4 il 2 ay həbs cəzasına məhkum edilmişdi. O, hazırda Nyu-Yorkdakı federal həbsxanalardan birində cəzasını çəkir.

Bizə qoşulun