Türkiyədə Əmanət Sığorta Fondunun nəzarətində olan "Can Medya"ya məxsus qurumların tək paket şəklində deyil, ayrı-ayrı şəkildə satışa çıxarılacağı bildirilir.
Milli.Az-ın məlumatına görə, mətbuatda yayılan xəbərlər iş adamı Acun Ilıcalının "Show TV", "Show Türk" və "Show Max" telekanallarını almaq üçün hazırlıq apardığını göstərir.
Qeyd edək ki, Acun Ilıcalı hazırda "TV8" telekanalının və "Exxen" rəqəmsal platformasının sahibidir.