Medianews.az
ABŞ senatorundan ŞOK XƏBƏRDARLIQ: “Daha çox amerikalı ölə bilər” -
61 baxış

ABŞ senatorundan ŞOK XƏBƏRDARLIQ: “Daha çox amerikalı ölə bilər” - VİDEO

ABŞ senatoru Chris Murphy Konqresdə keçirilən qapalı təhlükəsizlik brifinqindən sonra İranın pilotsuz uçuş aparatları ilə bağlı ciddi təhlükə barədə xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, senator bildirib ki, kəşfiyyat rəsmiləri Konqres üzvlərinə bölgədəki vəziyyətlə bağlı olduqca narahatedici məlumatlar təqdim ediblər.

Onun sözlərinə görə, İranın və Tehran tərəfindən dəstəklənən qrupların dron hücumları ABŞ hərbçiləri üçün böyük risk yaradır.

Murphy qeyd edib ki, brifinq zamanı kəşfiyyat rəsmiləri İran pilotsuz uçuş aparatlarının qarşısını almağın son dərəcə çətin olduğunu vurğulayıblar.

“Bu, baş verə biləcək ən ciddi vəziyyətlərdən biridir. Həmin otaqdakı kəşfiyyat rəsmiləri bizə daha çox amerikalının öləcəyini və bu İran dronlarını dayandıra bilməyəcəyimizi dedilər”, – deyə senator bildirib.

Vaşinqtonda keçirilən qapalı təhlükəsizlik brifinqlərində regionda artan hərbi risklər müzakirə olunur. Ekspertlər hesab edir ki, İran və İran tərəfindən dəstəklənən silahlı qrupların dronlardan istifadə etməsi ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu üçün ciddi təhlükə yaradır.

ABŞ administrasiyasının İrana qarşı mümkün addımları və regiondakı hərbi gərginlik həm Konqresdə, həm də beynəlxalq ictimaiyyətdə diqqətlə izlənilir.

Medianews.az

Bizə qoşulun