Medianews.az
ABŞ-da güclü çovğun: beş mindən çox aviareys
69 baxış

ABŞ-da güclü çovğun: beş mindən çox aviareys ləğv edildi

ABŞ-ın şərq ştatları yenidən güclü qar çovğununa məruz qalıb.

Medianews.az xəbər verir ki, ölkədə Delaverdən Massaçusetsə qədər uzanan bir neçə ştatda fövqəladə vəziyyət elan edilib. Bu gün 5 mindən çox daxili və beynəlxalq uçuş ləğv edilib. Bundan ən çox ölkənin şimal şərqində yerləşən Nyu York, Nyu-Cersi, Boston və Filadelfiya hava limanları zərər çəkib.

Çovğun xəbərdarlığı bu gün axşama qədər Nyu-Cersi, Nyu York və Konnektikut ştatlarında qüvvədə qalır.

Qeyd edək ki, güclü fırtına Nyu York şəhəri üçün son doqquz ilin ilk çovğun xəbərdarlığıdır. Şəhərdə ictimai nəqliyyat dayandırılıb. Qarın hündürlüyü bəzi yerlərdə 40 sanitmetrə qədər təşkil edib. Fırtına bu gün səhər saatlarında şərqdə 300 mindən çox insanın elektrik enerjisisiz qalmasına səbəb olub. Vaşinqon ətrafı ərazilər də qara məruz qalıb. Məktəblərdə tədris dayandırlıb. Ronald Reyqan və Baltimor hava limanlarında 300-dən çox uçuşlar ləğv edilib.

Bizə qoşulun