20 fevralda Rusiyaya Murmansk istiqamətindən daxil olan və Qazaxıstan sərhədini keçən təyyarənin əslində Özbəkistan Prezidenti Şövkət Mirziyayevə məxsus olduğu üzə çıxıb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, “naməlum” sayılan və Rusiya Hərbi Hava Qüvvələrini hərəkətə keçməyə vadar edən Boinq-787 təyyarəsi Sülh Şurasında iştirak üçün ABŞ-da olan Şövkət Mirziyayevi geri gətirirmiş.
Teleqram kanalları isə anlaşılmaz iddia ilə çıxış edib. Bildirilib ki, Rusiya radar sistemləri təyyarəni “naməlum” olaraq qəbul etdiyindən, bu mülki təyyarə vurula da bilərmiş.