Medianews.az
89 yaşlı məşhur qidalanma eksperti gündə nə yeyir?
73 baxış

89 yaşlı məşhur qidalanma eksperti gündə nə yeyir? Gənclik çəkisini hələ də qoruyur

ABŞ-nin tanınmış qidalanma mütəxəssisi, NYU professoru Marion Nestle 89 yaşında olmasına baxmayaraq lisey dövründəki çəkisinə yaxın çəkidə qalır.

Medianews.az xəbər verir ki, qida sənayesinə tənqidi yanaşması və sağlam qidalanma ilə bağlı kitabları ilə məşhur olan Nestle gündəlik qidalanma vərdişlərini New York Times-a danışıb.

Nestle Michael Pollanın “Yemək ye – çox yox – əsasən bitki mənşəli” prinsipinə əməl etdiyini deyir. Ultra işlənmiş məhsullardan uzaq durduğunu, amma qidalanma ilə bağlı aludə olmadığını vurğulayır:
“89 yaşındayam və hələ də sağlamam. Deməli, yediklərim işləyir.”

O birgündə necə qidalanır?

Səhər:
Səhər 8–9 arası südlü, şəkərsiz qəhvə içir. 10:30–11 radələrində yulaf və ya tərkibi sadə olan dənli qarışım yeyir. Üzərinə qaragilə və az miqdarda qəhvəyi şəkər əlavə edir.

Günorta:
Müəyyən rutini yoxdur. Bəzən salat, bəzən də evdə yetişdirdiyi tərəvəz və meyvələrlə yüngül bir yemək hazırlayır. Yanına bir az pendir və çörək əlavə edir.

Axşam:
Daha çox salat yeyir, bəzən yumurta, pendir və krakerlə kifayətlənir. Qonşu restoranlarda da sadə və tərəvəz ağırlıqlı yeməklərə üstünlük verir.

Sevdiyi və uzaq durduğu qidalar

Nestle sadə qidalara — tərəvəz, yumurta, pendirə üstünlük verir. Ultra işlənmiş məhsulları sevmir. Çünki onların dadlarını yaxşı olmadığını düşünür. Dondurmanı çox sevir və evdə 3-4 inqrediyentlə vanil dondurması hazırlayır.

Ara sıra qarğıdalı çipsi və yerfıstıqlı şirniyyatlar yese də, evdə çox saxlamadığını deyir.

Qida əlavələri qəbul etmir

Nestle heç bir vitamin və ya əlavədən istifadə etmir:
“Etiketlərə inanmıram. İçində nə olduğunu bilmədiyim şeyi bədənimə qəbul etmək istəmirəm.”

Sağlam qidalanma üçün məsləhətləri

  • Etiketləri oxuyun. Tanımadığınız maddələr varsa — məhsul ultra işlənmişdir.
  • Rəng və aroma qatqıları, emulqatorlar və qatılaşdırıcılar ultra işlənmiş qidanın göstəricisidir.
  • Tərkibi çox uzun olan məhsullardan uzaq durun.

Nestleyə görə, sağlam qidalanma qida sənayesinin güclü təsirinə qarşı təkbaşına mübarizə aparmaqdır. Amma doğru seçimləri etmək hələ də mümkündür.

Medianews.az

 

Bizə qoşulun