Medianews.az
60-dan çox qurban: milyonçu qardaşlara
72 baxış

60-dan çox qurban: milyonçu qardaşlara ömürlük həbs təhlükəsi

ABŞ-də andlılar məhkəməsinin üzvləri milyonçu Oren, Alon və Tal Aleksandr qardaşlarını 11 qadına qarşı təcavüzdə təqsirli biliblər.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qardaşlar əyləncə məkanlarında qadınlara narkotik verib onlara cinsi təcavüz ediblər.

İşdə ümumilikdə 60-dan çox qurban var, bəziləri yetkinlik yaşına çatmayıb.

Qardaşlar 6 avqustda hökm alacaq və ömürlük həbs cəzası ilə üzləşəcəklər. Eyni zamanda, iddiaçılar 100 milyon dollardan çox məbləğində mülki iddia qaldırıblar.

Medianews.az

Bizə qoşulun