Yeni klipini təqdim edən Xumar Qədimova yenə geyimi və görünüşü ilə müzakirə doğurub.
"Yeni Sabah" xəbər verir ki, o, sosial media hesabında yeni mahnısının fonunda özünün videogörüntülərini izləyicilərinə təqdim edib.
İfaçı görüntüləri belə şərh edib: "Bu sənli dünyada sənlə baş-başa, sənsiz bu dünyadan sənlə gedərəm".
Müğənninin xeyli arıqlması diqqətdən yayınmayıb.
59 yaşlı ifaçının açıq-saçıq görüntüləri sosial mediada müzakirələrə səbəb olub.