Medianews.az
52 yaşlı məşhur modelin səhər menyusu gündəm oldu –
82 baxış

52 yaşlı məşhur modelin səhər menyusu gündəm oldu – formunu belə qoruyur - FOTO

Dünyaca məşhur model Heidi Klum sosial mediada sağlam səhər rutinini paylaşaraq diqqət çəkib.

Medianews.az xəbər verir ki, 52 yaşlı modelin təxminən 150 kalorilik yüngül səhər yeməyi izləyicilər arasında müzakirə yaradıb.

Heidi Klum “şampiyonların səhər yeməyi” adlandırdığı boşqabında əsasən tərəvəzlərə üstünlük verib. Boşqabda avokado, pomidor, soğan, kahı, kərəviz və bir ədəd qaynadılmış yumurta yer alıb. O, özünə kiçik “mükafat” olaraq yarım dilim nazik yağlı pumpernikel çörəyi də əlavə edib.

Modelin paylaşımı qısa müddətdə minlərlə rəy toplayıb.

Medianews.az

 

Bizə qoşulun