Rusiyada Soçiyə uçan təyyarələr təyinat yerinə enə bilməyib və başqa şəhərdəki alternativ aerodromlara istiqamətlənib.
Medianews.az xəbər verir ki, bu barədə Soçi Hava Limanı Telegram-da məlumat yayıb.
Krasnodar diyarındakı kurortda təyyarələrin gəliş-gedişinə məhdudiyyət qoyulduğu üçün beş sərnişin təyyarəsi Mineralnıye Vodıya yönləndirilib. On səkkiz reys də iki saatdan çox gecikib.
Aviaşirkətlər gün ərzində cədvəllərini sabitləşdirəcəklər.
Medianews.az