“Dünyada insanların təxminən 40 faizi kifayət qədər yata bilmir”.
Medianews.az xəbər verir ki, bunu nevroloq Conrado Estol deyib.
Estola görə, əgər insan beş dəqiqə və ya daha az müddətdə yuxuya gedirsə, bu, uzun müddət yuxusuzluğun əlaməti ola bilər, çünki bu proses normal olaraq 10-15 dəqiqə çəkməlidir.
Eyni zamanda, Estol yuxu rejimini qurmaq üçün həddindən artıq yuxu gigiyenasına əməl etməmək barədə xəbərdarlıq edib.
Bir insanın axşam rituallarına ciddi nəzarət etdiyi bir pozğunluq – ortosomniya inkişaf edə bilər.
Medianews.az