Türkiyədə baş verən minlərlə meşə yanğınının arxasında insan diqqətsizliyinin dayandığı məlum olub.
Medianews.az xəbər verir ki, son dövrlər havaların isti keçməsi, quraqlıq və rütubətin azlığı meşə yanğınlarını xeyli artırıb. Mütəxəssislər bu yanğınları təbii səbəblər, qəzalar, qəsd və səhlənkarlıq kimi müxtəlif qruplara ayırırlar. Lakin rəsmi rəqəmlər ən böyük zərərin məhz insan məsuliyyətsizliyindən qaynaqlandığını göstərir.
Ölkədə qeydə alınan 3 min 224 meşə yanğınının böyük hissəsi insanların səhlənkarlığı ucbatından başlayıb. Bu laqeydliyin bədəli isə çox ağır olub: alov bütövlükdə 40 min 32 hektar meşə sahəsini yandıraraq külə çevirib.
Medianews.az