Medianews.az
34 yaşlı məşhur aktyor
115 baxış

34 yaşlı məşhur aktyor XƏSTƏLİYİNİ AÇIQLADI

İspaniyalı aktyor və rejissor Eduardo Kasanova sosial şəbəkə hesabında paylaşım edərək HİV daşıyıcısı olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu etirafı uzun illərdir bir çox insanın yaşadığı ağrılı sükutu pozmaq üçün etdiyini bildirib.

Kasanova öz paylaşımında qeyd edib:

“Bu gün son dərəcə narahatedici və acı dolu uzun illərdən sonra səssizliyi pozuram. Bu, HİV ilə yaşayan bir çox insanın gizlətdiyi və içində yaşadığı bir sükutdur. Bunu özüm üçün edirəm, amma bunun başqalarına da kömək etməsini arzulayıram. Bunu öz üsulumla - ünsiyyət dilim olan kino vasitəsilə edirəm.

Amma hər şeydən əvvəl bunu şərəflə edirəm. Şərəf HİV ilə yaşayan hər kəsin açıq şəkildə danışa bilməsinin yolu olmalıdır. Bu insanların təxminən 80 faizi damğalanma qorxusu səbəbilə yoluxduğunu demək olar ki, heç kimlə paylaşmır.

Qorxu və qeyri-müəyyənliyə baxmayaraq, bu gün özümü çox xoşbəxt hiss edirəm”.

KASAM.jpg (62 KB)

Aktyor öz həyat təcrübəsini əks etdirən sənədli filmin 2026-cı ildə kinoteatrlarda nümayiş olunacağını da bildirib.

24 mart 1991-ci ildə Madriddə anadan olan Eduardo Kasanova geniş auditoriya tərəfindən “Aida” serialında canlandırdığı “Fidel Martinez” obrazı ilə tanınıb. Bu rol onu İspaniyada gənc yaşda məşhurlaşdırıb. Həm də rejissor olan Eduardo Kasanovanın ən tanınmış filmi olan “Pieles” “Netflix” platformasında yayımlanıb və böyük rezonans doğurub.

Bizə qoşulun