Medianews.az
33 yaş kiçik həyat yoldaşının məşhur aktyora dediyi sözlər gündəm oldu -
63 baxış

33 yaş kiçik həyat yoldaşının məşhur aktyora dediyi sözlər gündəm oldu - VİDEO

Türkiyəli aktyor Nuri Alço və həyat yoldaşı Burcu Alço arasında keçən dialoq sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, Burcu Alço özündən 33 yaş böyük olan həyat yoldaşına “Mənim ən sevdiyin və ən az sevdiyin xüsusiyyətim nədir?” sualını ünvanlayıb.

Nuri Alçonun cavablarını dinləyən Burcu Alço daha sonra “Mən sənin kölənəm, ağam, xidmətçinəm” ifadələrini işlədib.

Həmin anların görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.

Sosial mediada bəziləri cütlüyün münasibətini müdafiə etsə də, digərləri səsləndirilən ifadələri tənqid edib.

Medianews.az 

Bizə qoşulun