Medianews.az
Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu -
58 baxış

Restorandan çıxarkən ov tüfəngi ilə vuruldu - Zaqatalada hadisə

Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Medianews.az xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür./unikal/

Bizə qoşulun