Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 may 2026-cı ildə Moskvanın Qırmızı Meydanında hərbi parad keçirməsinə icazə verməsinə dair fərman imzalayıb.
Sözügedən sənəd Prezident Administrasiyasının rəsmi saytında dərc edilib.
Yayımlanan sənəddə qərarın “çoxsaylı müraciətlər” və 8 may 2026-cı ildə ABŞ tərəfi ilə aparılan danışıqlar əsasında verildiyi bildirilir.
Fərmanda paradın keçirilməsinə müəyyən çərçivədə icazə verildiyi vurğulanır.
Sənədə əsasən, tədbir yalnız Moskvanın Qırmızı Meydan ərazisi ilə məhdudlaşdırılır və Kiyev vaxtı ilə saat 10:00-dan etibarən başlanmasına icazə verilir. Eyni zamanda, fərmanda ərazinin sərhədlərinin dəqiq şəkildə müəyyən edildiyi və yalnız həmin zonada tədbirin keçirilməsinə icazə verildiyi qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, Qırmızı Meydan “Ukrayna silahlarının istifadəsi planından çıxarılıb” və ərazinin koordinatlarının ayrıca şəkildə sənədləşdirildiyi vurğulanır.(savashmedia.az)
