Stinq kimi tanınan Qordon Metyu Tomas Sumner adlı ingilis musiqiçisi övladlarına miras qoymayacağını açıqlayıb.
550 milyon dollarlıq sərvəti olan musiqiçi bu addımını belə izah edib:
"Əsas prioritetləri öz əməkləri, zəkaları və səyləri ilə uğur qazanmaq olmalıdır. Onlara hər zaman deyirəm: "Uşaqlar, işləmək məcburiyyətindəsiniz. Mən öz pulumu xərcləyirəm. Təhsil xərclərinizi qarşılayıram, əsas ehtiyaclarınızı təmin edirəm, amma gedib işləməli, öz ayaqları üzərində durmalısınız".
Qeyd edək ki, Strinqin 6 övladı var.(axsam.az)
09.05.2026, 07:01
88
baxış
Zara Editor