Medianews.az
27 ildir bir roman üzərində işləyirəm -
46 baxış

27 ildir bir roman üzərində işləyirəm - Anar

Demək olar ki, 27 ildir bir roman üzərində işləyirəm. Desəm ki, hər gün işləyirəm, yalan olar. Yəni hər gün yazmıram - bəzən yay aylarında işləyirəm, sonra əsərin üzərində yaradıcılıq prosesi müəyyən müddət dayanır, bir ildən sonra yenidən ona qayıdıram.

Medianews.az xəbər verir ki, bunu yazıçı Anar Azərtac-a müsahibəsi zamanı deyib.

"Bir sözlə, roman çox uzandı. Romanın adı "Olan oldu, keçən keçdi"dir. Bu əsər bir növ ailə romanıdır. Bizim ailəmizin tarixidir. Eyni zamanda, üç əsri əhatə edir. XIX əsrin sonundan başlayaraq XX və yaşadığımız XXI əsri. Bir ailənin timsalında həmin dövrün ictimai-siyasi hadisələri, insan münasibətləri, dostluqlar, düşmənliklər, Qarabağ məsələsi, ermənilərlə toqquşmalar və bir çox digər məqamlar bədii şəkildə təsvir olunur. Ümid edirəm ki, əsəri ilin sonuna kimi çap etdirəcəyəm, bu da mənim bu il gördüyüm ən böyük işlərdən olacaq.

Bununla yanaşı, son illər bir neçə kitabım nəşr olunub. Buna misal olaraq, "2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi", "Yaşamaq haqqı", eləcə də xarici ölkələrdə bir sıra kitablarım çap olunub. Qəribəlik odur ki, çoxu oxumur, izləmir, sonra da deyirlər ki, sən niyə yazmırsan? Deyirəm, necə yazmıram?"

Bizə qoşulun