Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, saat 12 radələrində Fatmayı kəndində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Bildirilir ki, E.Ələsgərov avtomobili taksi fəaliyyəti məqsədilə istifadə edirmiş.
Baş DYP İdarəsi hadisə anının görüntülərini yayıb.
Bildirilib ki, ilkin ehtimala görə, faciəyə sürücünün sürət həddini aşması və əks zolağa çıxması səbəb olub.
Görüntülərdən yüksək sürətlə hərəkət edən avtomobilin idarəetmədən çıxaraq aşması və bir neçə dəfə dövrə vurması məlum olur.
