Medianews.az
İnsanlar haradan gəlib?
294 baxış

İnsanlar haradan gəlib?

Alimlər 2 milyon il əvvəl insanlığın bütün dünyaya yayıldığı əsas episentrin harada yerləşdiyini göstəriblər. Medianews.az-ın məlumatına görə, Kanzas Universitetindən bir tədqiqatçı uzun illər boyu "akvaterra" adlandırdığı sahələri — qədim insanların bir vaxtlar məskunlaşdığı, lakin dəniz səviyyəsinin dəyişməsi səbəbindən indi su altında qalan geniş əraziləri — araşdırmağa həsr edib. Coğrafiya üzrə professor Cerom Dobson bildirib ki, bu bölgələr - adətən materik sahilləri boyunca və adaların ətrafında yerləşən yerlər, tarixi arxeoloji baxımdan dəyərli olan erkən insan məskənlərinin haqqında çox mühüm məlumatlar ehtiva edir. Alimin sözlərinə görə, bununla belə onlar hələ də elm aləminin diqqətindən kənarda qalır. Alim Dobsonun italyan alimləri, Bolonya Universitetindən Corco Spada və Urbino Universitetindən Qaya Qalassi ilə birlikdə hazırladığı bu tədqiqatlardan bəhs edən məqalə "Comptes Rendus Geoscience" adlı elmi jurnalda da dərc olunub. Onlar müasir insanların Afrikadan miqrasiyasını yenidən nəzərdən keçirməklə, həmçinin elm aləmində ilk dəfə dəniz səviyyəsinin tarixi dəyişikliklərini bərpa etməyə imkan  yarada bilən təkmilləşdirilmiş buzlaqların  izostatik düzəliş modelini tətbiq ediblər. Bu model genetik informasiyaları, eləcə də arxeoloji məlumatların birləşdirilməsi, hətta sonuncu buz dövrünün maksimum nöqtəsindən, yəni təxmin edildiyi kimi 21000 il öncədən sonrakı davam edən belə buzlaqların əriməsinin miqrasiya yollarını necə dəyişdiyini və erkən sivilizasiyaların yaranmasına necə şərait yaratdığını daha dərindən anlamağa imkan verir. "Qeyd etmək maraqlıdır ki, bir çox sualtı landşaftlar arxeoloji əhəmiyyətə malikdir və bu xəritələşdirmə alimlərə onları aşkar etmək üçün daha çox imkanlar yaradır" – deyən Dobson modellə bağlı belə bir izah da verib. Professor həmçinin nikbinlik ifadə edib və o, bildirib ki, ümidlidir, çünki alimlər bu, sonuncu buz dövrü zamanı görünən olmuş bölgələrin araşdırılması imkanını qazanıblar. Tədqiqat okeanın səviyyələri və qədim sahil xətləri, o cümlədən Afrikada, Qərbi Asiyada miqrasiya dəhlizlərinin haqqında yeni məlumatlar təqdim edir, həmçinin insanların Afrikanı tərk etmiş ola biləcəyi alternativ marşrutları yenidən nəzərdən keçirir. Bu marşrutlara isə əsasən Süveyş boğazı, xüsusilə də Qırmızı dənizlə Aralıq dənizi arasındakı ərazi, eyni zamanda da Aqaba körfəzindən Levant istiqamətinə keçid, Bəb əl-Məndəb boğazı vasitəsilə Səudiyyə Ərəbistanına uzanan yol, həm də Ful körfəzindən Aralıq dənizinə çıxış və Siciliya ilə Messina boğazları vasitəsilə adalarla keçidlər daxildir. Daha sonra Dobson qeyd edib ki, "Biz ilk dəfə geofiziki baxımdan çox dəqiq olan sahil xətləri yaratmağa çalışdıq". Dobson nəzəriyyəyə görə, elmi baxımdan uğurlu şəkildə buna nail olduqlarını vurğulayıb. Professor Cerom Dobsonun fikirləri qeyd olunan məqalədə yazılır: "Sadəcə olaraq,  bunu həyata keçirmək üçün heç də dəniz səviyyəsini relyefdən çıxarmaq kifayət deyil; çünki buz örtüklərinin təzyiqi ilə Yer qabığı dəyişir və bu dəyişiklikləri də nəzərə almaq üçün "GIA" modeli vacibdir. Elmi nəticələr göstərir ki, bəzi marşrutlar əvvəlki hesablamalardan daha əvvəllər də mövcud olub, halbuki onların şəraitə uyğun davamlılığı dəniz səviyyəsindəki baş verən regional dəyişikliklərdən asılı olub. Bununla belə, tədqiqatçılar qrupu genetik məlumat bazalarından istifadə etməklə, əhalinin hərəkətlərini izləyiblər. Beləliklə də, alimlərin səyi nəticəsində indiyə qədər təklif edilən hər bir coğrafi marşrutlarla uyğunluğu müəyyənləşdirə biliblər. Alimlərə məlum olub ki, Qırmızı dəniz sahilində yerləşən qədim Berenike limanının peyk görüntüsü, Nil vadisinə miqrasiya ilə bağlı təsəvvürlərin sonuncu buz dövrü maksimumu ərəfəsində, yaxud ondan əvvəl dəyişə biləcəyini göstərir və üstəlik də Ful körfəzi ətrafındakı mərcan rifləri əlavə ipucları verə bilər.". Dobsonun fikrincə, onların əlində böyük materiallar var. Alim xüsusilə vurğulayıb ki, "İki milyon ili əhatə edən yeni DNT mərkəzləri xəritəmiz var.  O, Cənubda və Kuşun Meroe yaxınlığında, eyni zamanda Afrikanın dərinliklərində yerləşən ortaq bir əcdadın mənşəyini nümayiş etdirir. Düzdür, arxeoloji sübutlar hələlik azdır, lakin genetik məlumatlar etibarlı və çox uyğundur." Yeni tədqiqat iki əsas mümkün marşruta fokuslanıb: Sina yarımadasından keçən şimal marşrutu və Bəb əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizdən keçən cənub marşrutu. Əvvəlki fikirlərin əksinə olaraq, bu nəticələr göstərir ki, şimal marşrutu daha çox əlçatan olub. Üstəlik, bir qrup alimlər tərəfindən iddia olunduğu kimi, tam əksinə, Bəb əl-Məndəb boğazından keçid həmin dövrdə, həmçinin naviqasiya texnologiyalarının olmaması səbəbilə çox ciddi maneə, təhlükələr törədə bilərdi. Professor Cerom Dobsonun fikrincə, elm aləmi 2 milyon il əvvəl insanların dəqiq haradan gəldiyini və hansı mərkəzdən yer üzünə yayıldığını tezliklə sübut edə biləcək bir mərhələyə qədəm qoyub. Medianews.az

Bizə qoşulun