Medianews.az
Sabah hava necə <span style=color:red>olacaq?
118 baxış

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Bu barədə Medianews.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Bizə qoşulun